Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı daha bir mümkün rəqibi bəlli olub.
Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində İsveç klubu ilə də görüşə bilər.
Skandinaviya təmsilçisinin çempionu olan “Yurqorden”in püşk zamanı səpələnməmişlərdən olacağı dəqiqləşib. Buna Polşada çempionun müəyyənləşməsi səbəb olub.
“Legiya”nın öz ölkəsində qızıl medalları təmin etməsi ilə daha iki klubun püşkatmadakı səbəti dəqiqləşib. Kipr “Omoniya”sı da “Legiya” kimi səpələnmişlərə düşüb. Nisbətən aşağı reytinqli “Yurqorden” isə təmsilçimizə artıq ilk raundda rəqib ola bilər. Digər iki komanda I deyil, sonrakı təsnifat mərhələlərində mümkün rəqib sayılacaq.
“Yurqorden” “Qarabağ”ın ilk raunddakı 14-cü mümkün rəqibi olub. Bunlardan 12-si “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnah” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta) və İsveç çempionu püşkə konkret rəqib kimi qatılacaq. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir.
Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq (apasport.az).
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video
"Qarabağ" gürcü futbolçunu təbrik etdi
Kvaratsxeliya ləzginka oynadı - Video
"Mançester Yunayted" avrokuboklardan kənarda qala bilər
Roberto Martinezli Portuqaliya millisində ilk
Benzia millidə gözəl qol vurdu - Video
Gürcülərin tarixi qələbə sevinci - Şəkillər
Avro-2024-ün bütün iştirakçıları - Siyahı
Avro-2024-ün son üç iştirakçısı da bilindi
Türkiyə millisi 6 qolla uduzdu
Gürcüstanın tarixi qələbəsi - Video
Azərbaycan U-21 - Ukrayna U-21 - Şəkillər
Gürcüstan millisi Avro-2024-ün final mərhələsində