Ronaldinyodan xəbər var – Məhkəmə qərar verdi

Ronaldinyodan xəbər var – Məhkəmə qərar verdi
XƏBƏR 12 İyul 2020 / 15:00 3437
-  A +

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda ev həbsində qalacaq.

Qol.az xəbər verir ki, bu haqda “Globo Esporte” məlumat yayıb. Bildirilir ki, məhkəmə ev dustaqlığından azad olunması barədə 40 yaşlı sabiq oyunçunun şikayətini rədd edib. Bu isə o deməkdir ki, yeni məhkəmə prosesi başlanana kimi Ronaldinyo ev həbsində qalacaq.

Xatırladaq ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla getdikləri üçün həbs ediliblər. Onların cəzası sonradan 1,6 milyon dollar müqabilində ev həbsi ilə əvəzlənib. Bu müddəti hər iki qardaş oteldə keçirir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın