“Çempionuq üçün hər şeyi edirik, amma “Real” bütün oyunları udur”

“Çempionuq üçün hər şeyi edirik, amma “Real” bütün oyunları udur”
XƏBƏR 12 İyul 2020 / 13:00 3185
-  A +

“Barselona”nın baş məşqçisi Enrike Setyen komandasının La Liqada çempionluq mübarizəsini davam etdirdiyini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, bu haqda o, dünən 36-cı turda “Valyadolid”lə matçdan (1:0) sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, qalib gəlsələr də, komandası yorğun olub: “Əlbəttə, Messiyə istirahət lazımdır. “Barselona” çempion olmaq üçün hər şeyi edir. Amma bu, yetərli deyil. Çünki “Real” bütün oyunları udur”.

Xatırladaq ki, La Liqada bu mövsümün bitməsinə 2 tur qalmış “Real” 35 oyunda 80 xalla 1-ci, “Barselona” 36 görüşdən 79 xalla 2-ci yeri tutur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord