Beyl tribunada yatdı - Şəkillər, Video

Beyl tribunada yatdı - Şəkillər, Video
DÜNYA FUTBOLU 11 İyul 2020 / 16:54 3016
-  A +

"Real"ın futbolçusu Qaret Beyl La Liqanın 35-ci turunda  "Alaves"ə 2:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi hərəkəti ilə diqqət çəkib.

Qol.az-ın İspaniya mətbuatına istinadən  yaydığı xəbərə görə, belə ki, oyuna ehtiyatda başlayan uelsli hücumçunu baş məşqçi Zinəddin Zidan 90-cı dəqiqədə 5-ci oyunçu dəyişikliyində də meydana buraxmayıb. Brahim Diasa şans verilməsindən sonra əsəbiləşən və kinayə ilə gülümsəyən 31 yaşlı futbolçu görüşün qalan hissəsini izləmək istəməyib. O, tribunada maskası ilə gözlərini bağlayaraq yatıb.

Qeyd edək ki, Beyl bu mövsüm "Real"da 20 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.






Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı