Məşhur komandanın 6 oyunçusu koronavirusa yoluxdu – Adlar

Məşhur komandanın 6 oyunçusu koronavirusa yoluxdu – Adlar
XƏBƏR 11 İyul 2020 / 15:12 2550
-  A +

"Srvena Zvezda"nın 6 futbolçusu koronavirusa yoluxub.

Qol.az-ın məlumatına görə, bu haqda Serbiya klubunun saytı məlumat yayıb. Oyunçulardan götürülən analizlərin cavabı müsbət çıxıb.

İnfeksiya aşkarlanan futbolçular Srcan Spiridonoviç, Velko Nikoliç, Straxinya Erakoviç, Marko Qobeliç, Branko Yoviçiç və Duşan Yovançiçdir.

Futbolçular karantinə alınıblar və 2 həftədən sonra komandaya qoşulacaqlar.


Son xəbərlər