Kapitan üçün mövsüm başa çatdı

Kapitan üçün mövsüm başa çatdı
DÜNYA FUTBOLU 11 İyul 2020 / 00:30 1986
-  A +

"Liverpul"un kapitanı Cordan Henderson üçün bu mövsüm vaxtından əvvəl başa çatıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, "Brayton"la matçda top uğrunda mübarizə zamanı dizindən zədələnən 30 yaşlı oyunçunun qalan 4 liqa görüşündə iştirak etməyəcəyini deyib.

Alman mütəxəssis ingilis yarımmüdafiəçinin əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.

Qeyd edək ki, C.Henderson bu mövsüm 40 matçda 4 qol vurub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı