"Real"da ciddi itki

"Real"da ciddi itki
XƏBƏR 10 İyul 2020 / 20:59 2524
-  A +

"Real"ın futbolçusu Marselo zədələnib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, əzələsində problem olan 32 yaşlı müdafiəçinin La Liqada mövsümün qalan hissəsini buraxacağı bildirilib. Onun bərpa müddətinin təxminən 3 həftə çəkəcəyi vurğulanıb.

Qeyd edək ki, Marselo bu mövsüm 23 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.


Son xəbərlər