Aquero "Real"a qarşı oynamayacaq

Aquero "Real"a qarşı oynamayacaq
DÜNYA FUTBOLU 10 İyul 2020 / 19:24 2810
-  A +

"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 finalında "Real"la cavab oyununu buraxacaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu Madrid klubu ilə görüşə kimi zədədən bərpa ola bilməyəcək. Məlumatı Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola da təsdiqləyib.

Qeyd edək ki, Aquero İngiltərə Premyer Liqasında "Bernli" ilə matçda zədələndiyi üçün əməliyyat olunub.

Xatırladaq ki, "Mançester Siti" - "Real" görüşü avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk oyunda İngiltərə klubu 2:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı