"İndiki vaxtda 650 min verib, xaricdən məşqçi gətirmək israfçılıq olar"

"İndiki vaxtda 650 min verib, xaricdən məşqçi gətirmək israfçılıq olar"
XƏBƏR 9 İyul 2020 / 10:45 2858
-  A +

Tanınmış futbol azarkeşi İlqar Həmzəyev AFFA-nın  İcraiyyə Komitəsinin sabahkı iclasında millinin baş məşqçisi vəzifəsinə namizədlərinə müzakirəsi öncəsi fikirlərini bildirib.

O, Qol.az-a açıqlamasında milli komandaya hazırkı namizədlərin bu vəzifəyə uyğun olmadığını deyib:

"Hazırda milli komandanın baş məşqçi vəzifəsi üçün 3 məşqçinin - Arif Əsədov, Canni De Byazi və Roy Kinin adı hallanır. Mən milli komandaya Rəşad Sadıqovun gətirilməsini istəyirəm. Ona görə ki, yığmanın tərkibindəki futbolçuların çoxu "Qarabağ"da çıxış edir. Rəşad da çempionatımızdan çıxmış  futbolçudur. Digər komandaların da oyunçularını tanıyır. Yəni, xaricdən gələn məşqçi bu futbolçuları Rəşad qədər tanıya bilməyəcək.Buna görə bir də bu pandemiya dövründə azarkeşləri qıcıqlandırmaq lazım deyil. Onsuz da vəziyyət maddi tərəfdən ağırdır".

İ.Həmzəyev deyib ki, belə bir vaxtda AFFA 650 min avro verib, xaricdən məşqçini bura gətirməklə pulu göyə sovurmuş olacaq: "Bu, mənə görə israfçılıqdır. Hazırda ölkəmiz elə vəziyyətdədir ki, hər bir dolların da, manatın da dəyərini bilməliyik. Bütün sahələrdə hamı qənaət edir. İndiki dövrdə əcnəbi məşqçi ilə bağlı açıqlama vermək düzgün deyil. Bu, sadəcə olaraq azarkeşləri qıcıqlandırır".

O,  Arif Əsədovun milliyə baş məşqçi təyin olunması variantinin tərəfdarı olmamağının səbəbi haqda da danışıb: "Çünki o, bir az qorxaq futbol oynayır. Arif Əsədov həmişə ikinci məşqçi kimi özünü doğrulda bilər. O, deyə bilər ki, mən "Neftçi"də uğurlar qazanmışam. "Neftçi"də uğurunda təkcə Arif Əsədovun yox, Tahir Süleymanov, Sadıq müəllim, əcnəbi futbolçular,  sistemin də böyük rolu olub. Buna görə də Arif Əsədov qətiyyən olmaz. Yəni, onu milliyə baş məşqçi təyin etmək səhv addım ola bilər. Rəşad Sadıqovu bu vəzifədə görürəm. O da Qurban Qurbanovla əməkdaşlıq edə bilər. Bu halda baza kimi isə "Qarabağ" olacaq. Məncə, 1-2 il şans verək, gənc məşqçidir. Rəşad Sadıqovun uğursuzluğu da olsa, heç kim onu qınamayacaq".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı