Ukrayna kubokunun sahibi müəyyənləşdi

Ukrayna kubokunun sahibi müəyyənləşdi
XƏBƏR 9 İyul 2020 / 09:55 2512
-  A +

Ukrayna kubokunda final oyunu keçirilib.

Qol.az xəbər verir ki, həlledici görüşdə "Dinamo" (Kiyev) və "Vorskla" (Poltava) üz-üzə gəlib.  Xarkovdakı "Metalist Arena"da oynanılan matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da qalib müəlləşmədiyi üçün penaltilər seriyasında müraciət olunub.

Penaltilərdə daha dəqiq olan "Dinamo" (8:7) tarixində 12-ci dəfə Ukrayna kubokunun sahibi olub.

Qeyd edək ki, "Vorskla"nın baş məşqçisi Yuri Maksimov 2017/18 mövsümündə “Keşlə”ni çalışdırıb.


Son xəbərlər