“Latsio”nun futbolçusu rəqibini dişlədi – Şəkil

“Latsio”nun futbolçusu rəqibini dişlədi –  Şəkil
DÜNYA FUTBOLU 8 İyul 2020 / 13:28 2073
-  A +

“Latsio”nun futbolçusu Patrik Qabarron İtaliya A Seriyasının 31-ci turunda”Leççe” ilə görüşdə rəqibini dişləyib.

Qol.az xəbər verir ki, ispaniyalı müdafiəçi  matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə cərimə zərbəsi zamanı rəqib futbolçusu Culio Donati ilə mübahisə edib. Onlar mövqe seçmək uğrunda mübarizə aparan zaman Qabarron rəqibinin qolundan dişləyib. Görüşün baş hakimi futbolçunu qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, oyun “Leççe”nin 2:1 hesablı qələbəs ilə başa çatıb.





Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı