Rüfət Dadaşovun 3 komanda yoldaşı koronavirusa yoluxdu

Rüfət Dadaşovun 3 komanda yoldaşı koronavirusa yoluxdu
XƏBƏR 8 İyul 2020 / 12:58 1028
-  A +

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Feniks Rizinq” klubunun üç futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun baş direktoru Bobbi Dall yerli mətbuata açıqlamasında deyib. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb və onlar məşqlərdən 10 günlük kənarlaşdırılıb.

Qeyd edək ki, Rüfət Dadaşov yanvarda Almaniyanın “Proysen” klubundan “Feniks Rizinq”ə keçib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı