“Qarabağ”ın yer alacağı səbətlər - Çempionlar Liqası

“Qarabağ”ın yer alacağı səbətlər -  Çempionlar Liqası
ÖLKƏ FUTBOLU 7 İyul 2020 / 18:16 5410
-  A +

“Qarabağ” Çempionlar Liqasının 2020/21 mövsümünün ilk 2 püşkatması zamanı səpələnmişlər səbətində olacaq.

Avqustun 9-da keçiriləcək 1-ci təsnifat mərhələsinin püşkatmasında Azərbaycan çempionu 5-ci yüksək reytinqli olacaq.

Əmsalı 21,000-a bərabər təmsilçimiz “Seltik” (Şotlandiya, 34,000), “Astana” (Qazaxıstan, 29,000), “Lüdoqorets” (Bolqarıstan, 26,000) və “Srvena Zvezda”dan (Serbiya, 22,750) geri qalır.

Ertəsi gün 2-ci təsnifat mərhələsində 17 cüt və mübarizəyə yeni qoşulacaq 3 komandanın rəqibləri bilinəcək. “Qarabağ”ın yer alacağı cüt yenə səpələnmiş olacaq. Burada təmsilçimiz gücünə görə 6-cı komanda sayılır.

Yuxarıda qeyd etdiyimiz 4 komandanın yer aldığı cütlərdən başqa Zaqreb “Dinamo”su da öndə qərarlaşacaq. Xorvatiya çempionunun əmsalı 33,500-dür.

Püşkü avqustun 31-də atılacaq 3-cü seçmə mərhələsində “Qarabağ” böyük ehtimalla səpələnməyəcək. Çünki mübarizəyə bu raunddan başlayacaq “Olimpiakos” (Yunanıstan, 42,000) və “Slaviya” (Çexiya, 27,500) daha yüksək əmsala malikdir.

Digər 4 səpələnmiş adına isə “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo” iddia edir. Üstəlik, İsveçrə və Danimarkada da çempionun yüksək reytinqli olacağı gözlənilir. Bu isə o deməkdir ki, “Qarabağ”ın səpələnmiş olması üçün bu 7 çempiondan ən azı 4-ü 3-cü təsnifat mərhələsində çıxış etməməlidir. Qurban Qurbanovun komandası “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo”nun məğlubiyyəti qane edir. Təmsilçimizə İsveçrə və Danimarkada ya aşağı reytinqlinin çempionluğu, ya da güclünün erkən məğlubiyyəti lazımdır.(apasport.az)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı