Nazirlər Kabineti yanında Operativ Qərargah bu mövsüm Avropa kuboklarında yarışacaq Azərbaycanın 4 futbol komandasının hazırlıq keçməsinə bu gün rəsmi icazə verib.
Qol.az-ın xəbərinə görə, buna AFFA ilə Gənclər və İdman Nazirliyinin müvafiq qurumlarla apardığı müzakirələrdən sonra nail olunub. “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” karantin qaydalarının tələblərinə əməl etməklə məşqlərini bərpa edə biləcəklər. Sözügedən komandalar sərt karantin rejimi tətbiq edilməyən hər hansı bölgədə toplanış keçə biləcək. Həmin klubların haranı seçməsi isə artıq öz ixtiyarındadır.
“Qarabağ” klubunun direktoru Emrah Çelikel Qol.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. O bildirib ki, komanda hazırlığı sərt karantin rejiminin keçirilmədiyi Qəbələdə keçirməyi nəzərdə tutur.
Məşqlərin nə vaxt başlanacağına isə klubun bu gün keçirəcəyi videokonfransdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, məşqlərə icazə verilməsinə dair ilk xəbəri “Futbolpress” saytı yayıb.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır