İngilis futbolçu göldə batdı

İngilis futbolçu göldə batdı
DÜNYA FUTBOLU 6 İyul 2020 / 12:40 3239
-  A +

İngiltərənin "Notingem Forest" klubunun sabiq futbolçusu Derrik Otim bədbəxt hadisənin qurbanı olub.

Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.

Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.

Qeyd edək ki, son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı