Belarus klubunda 11 futbolçu koronavirusa yoluxdu

Belarus klubunda 11 futbolçu koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 6 İyul 2020 / 12:10 1528
-  A +

Brest "Dinamo"sunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Qol.az Belarus mətbuatına istinadən xəbər verir ki, klubda nəticəsi müsbət çıxan 16 nəfərdən 11-i futbolçudur.

Bunlar Yevgeni Xaçeridi, Maksim Vitus, Kirill Peçenin, Sergey Krivets, Vsevolod Sadovski, Artyom Milevski, Mixail Qordeyçik, Denis Laptev, Sergey İqnatoviç, Roman Yuzepçuk və Aleksandr Noyokdur.

"Dinamo"nun çempionatın növbəti turunda ikinci komandası ilə meydana çıxacağı gözlənilir.


Son xəbərlər