"Sizə 648 dəfə təşəkkür edirəm"

"Sizə 648 dəfə təşəkkür edirəm"
DÜNYA FUTBOLU 5 İyul 2020 / 20:40 2905
-  A +

“Yuventus”un qapıçısı Canluici Buffon İtaliya çempionatında rekorda imza atmasına münasibət bildirib.

Qol.az xəbər verir ki, 42 yaşlı qolkiper şəxsi İnstaqram səhifəsində yazıb: “648 – bu, rəqəm deyil.Bu, bütün həyatdır. İki əlcək arasındakı həyat, iki qütb arasında həyat, bir çox sınaqlarla həyat. Və ən gözəl hədəf hələ qarşıdadır. Sizə 648 dəfə təşəkkür edirəm".

Xatırladaq ki, dünən “Torino” ilə matçda meydana çıxan Buffon A seriyasında oyun sayını 648-ə çatdırıb. Bununla da o, Paulo Maldinini geridə qoyaraq İtaliya çempionatından ən çox oyun keçirən oyunçu olub.

Son xəbərlər