"Keşlə"nin keçmiş məşqçisi ömürlük cəzalandı - Ermənistanda

"Keşlə"nin keçmiş məşqçisi ömürlük cəzalandı - Ermənistanda
XƏBƏR 5 İyul 2020 / 14:09 3832
-  A +

Ermənistan I Liqasında danışılmış oyunlarla əlaqədar diskvalifikasiyaya məruz qalmış 58 nəfərdən 45-i futbol fəaliyyətindən ömürlük məhrum edilib.

Cəzalı futbolçu, məşqçi və funksionerlərin 25-i Ukrayna vətəndaşıdır. Onların 20-si heç vaxt futbolla məşğul ola bilməzlər.

Siyahıdakılardan Yerevan "Lokomotiv"inin keçmiş baş məşqçisi Anatoli Piskovets ömürlük cəza ilə üzləşib. O, 2005-ci ildə Bakının "İnter" (hazırkı "Keşlə") və Zaqatalanın "Simurq" komandalarında məşqçi kimi fəaliyyət göstərib.

Yerevan "Torpedo"sunun futbolçusu kimi 1 illik cəzaya məruz qalan Miroslav Deda isə "Qarabağ"ın U-19 komandasında çıxış etmiş hücumçu Yaroslav Dedanın əkiz qardaşıdır.

Qeyd edək ki, cəzalı ukraynalılar sırasında "Lokomotiv"in faktiki sahibi, keçmiş baş məşqçisi və 10 futbolçusu, "Araqats"ın sahibi, baş məşqçisi və 3 futbolçusu, "Masis"in 5, "Torpedo"nun 3 futbolçusu yer alıb (Report).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı