“Real” Xamesi satmaq məcburiyyətində qalıb

“Real” Xamesi satmaq məcburiyyətində qalıb
XƏBƏR 5 İyul 2020 / 11:27 2927
-  A +

“Real” yaxın iki ay ərzində futbolçusu Xames Rodriqesi satmaq məcburiyyətində qalıb.

Qol.az-ın məlumatına görə, bu barədə “Marca” məlumat yayıb.

Xames kluba karyerasını başqa komandada davam etdirmək niyyətində olduğunu deyib. Futbolçunun müqaviləsinin gələn il başa çatdığını nəzərə alsaq, klubun güzəştə gedəcəyi bildirilib.

Daha əvvəl “Atletiko” Xamesi 45-50 milyon avroya hazır olsa da, “Real” bu məbləğlə razılaşmayb. Koronavirus pandemiyasına görə yaranmış maddi problemlərlə əlaqədar indi “Kral klubu” futbolçunun satışından yalnız 25 milyon avroya ümid edir.

Hazırda kolumbiyalı futbolçu ilə İngiltərə Premyer Liqasının bir neçə klubunun maraqlandığı qeyd edilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki