Luşemburqu koronavirusa yoluxdu

Luşemburqu koronavirusa yoluxdu
XƏBƏR 5 İyul 2020 / 10:33 1310
-  A +

Braziliya milli komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub.

Qol.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin özü videomüraciətində açıqlama verib. O bildirib ki, testinin cavabı iyulun 3-də bəlli olub. Nəticə müsbət çıxdıqdan dərhal sonra Luşemburqu hazırda rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən azad edilib. 68 yaşında ikən o, yüksək risk qrupuna şamil olunur.

Mütəxəssis koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb.

Qeyd edək ki, Vanderley Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı