“Yuventus”da 60 il sonra bu uğuru Ronaldo təkrarladı

“Yuventus”da 60 il sonra bu uğuru Ronaldo təkrarladı
DÜNYA FUTBOLU 5 İyul 2020 / 09:51 5181
-  A +

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo A seriyasında bu mövsüm 25-ci qolu vurub.

Qol.az xəbər verir ki, o, “Torino” ilə 30-cu turun dünənki matçında (4:1) fərqlənib.

İtaliya mətbuatının məlumatına görə, bununla da portuqaliyalı hücumçu klubunda rekordu təkrarlayıb. Məsələ burasındadır ki, 1960/61 mövsümündən üzə bəri Turin komandasının heç bir futbolçusu İtaliya çempionatında 25 qol vurmamışdı.

Son dəfə bu göstəriciyə həmin mövsümdə Omar Sivori nail olmuşdu.
 


Son xəbərlər