“Neftçi”nin sabiq futbolçusu baş məşqçi təyin edildi - Superliqada

“Neftçi”nin sabiq futbolçusu baş məşqçi təyin edildi - Superliqada
XƏBƏR 5 İyul 2020 / 09:33 4117
-  A +

“Neftçi”nin sabiq futbolçusu Levent Kartop Türkiyə Super Liqasında çıxış edən "Denizlispor"un baş məşqçisi təyin edilib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.

Qeyd edək ki, öncəki baş məşqçi Bülənt Uygunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

L.Kartopun qarşısına komandanı superliqada saxlamaq vəzifəsi qoyulub.

Əlavə edək ki, L.Kartop 2008-ci ildə "Neftçi"də oynayıb.


Son xəbərlər