Buffondan yeni rekord

Buffondan yeni rekord
DÜNYA FUTBOLU 4 İyul 2020 / 19:26 2480
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya A seriyasının tarixində yeni rekord müəyyənləşdirib.

Qol.az-ın məlumatına görə, belə ki, 42 yaşlı qolkiper ölkə çempionatında hazırda ilk hissəsi oynanılan "Torino" ilə matçda start heyətdə meydana çıxıb. Bununla da, A seriyasında  oyun sayını 648-ə çatdıran Buffon "Milan"nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.

Qeyd edək ki, Buffon İtaliyada "Yuventus" və "Parma"da oynayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı