İngiltərə klubu Renatı icarəyə götürür

İngiltərə klubu Renatı icarəyə götürür
ÖLKƏ FUTBOLU 4 İyul 2020 / 11:59 3761
-  A +

İngiltərənin "Koventri" klubu "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır.

Qol.az  "Coventrytelegraph" nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir. Bildirilir ki, Dadaşov baş məşqçi Mark Robinsin diqqətindədir. 

Qeyd edək ki, Renat 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın