Simeonenin oğlundan unikal göstərici

Simeonenin oğlundan unikal göstərici
DÜNYA FUTBOLU 3 İyul 2020 / 21:00 3416
-  A +

İtaliya A Seriyasının 29-cu turunda keçirilmiş “Bolonya” – “Kalyari” matçı qonaqların hücumçusu Covanni Simeone üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan matçda qonaq komandanın yeganə qolunun müəllifi olan argentinalı futbolçu unikal göstəriciyə imza atıb.

O, A Seriyası tarixində ilin bütün aylarında qol vurmağı bacaran ilk futbolçu olub.

Qeyd edək ki, Covanni Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeonenin oğludur.


Son xəbərlər