Messi “Barselona”dan gedir – Sensasiyalı iddia

Messi “Barselona”dan gedir – Sensasiyalı iddia
DÜNYA FUTBOLU 3 İyul 2020 / 12:23 4743
-  A +

“Barselona”nın kapitanı Lionel Messi 2021-ci ildə klubu tərk etmək haqda düşünür.

Qol.az-ın məlumatına görə, bu sensasiyalı xəbəri “Cadena SER” yayıb.

Əvvəlcə argentinalı gələn il başa çatacaq müqavilənin uzadılması üçün klubla danışıqlar aparıb. Amma komandanın son vaxtlar uğursuz çıxışlarından sonra o, dəyişikliklər barədə düşünməyə başlayıb.

Messinin yaxın ətrafına “Barselona”dan getmək istədiyini dediyi bildirilir. İddia edilir ki, kapitan klub ətrafında gəzən söh-söhbətlərdən və həlledici anlarda özünün ön plana çıxırılmasından yorulub. Həmçinin o, komandanın daimi uğurları üçün layihənin hazırlanmamasından narazıdır.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı