Xavi "Barselona"nın təklifini qəbul etdi

Xavi "Barselona"nın təklifini qəbul etdi
DÜNYA FUTBOLU 3 İyul 2020 / 11:10 4097
-  A +

"Əl Sadd"ın (Qətər) baş məşqçisi Xavi növbəti mövsümdən "Barselona"nı çalışdırmağa razılıq verib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinin baş məşqçisi olmaq təklifini qəbul edib. Bildirilib ki, klubun hazırkı çalışdırıcısı Kike Setyen mövsüm başa çatdıqda sonra istefaya göndəriləcək.

Xavinin "Barselona"da ilinə 6 milyon avro qazanacağı vurğulanıb.

Qeyd edək ki, Kataloniya klubu hazırda La Liqada 70 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Xavi futbolçu karyerası ərzində 1998 - 2015-ci illərdə "Barselona"da oynayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı