Çempionlar Liqasının keçiriləcəyi Lissabonda karantin tətbiq olundu

Çempionlar Liqasının keçiriləcəyi Lissabonda karantin tətbiq olundu
DÜNYA FUTBOLU 2 İyul 2020 / 15:59 2018
-  A +

Çempionlar Liqasında bu mövsüm "səkkizlər finalı"ının keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabonda yenidən karantin rejimi tətbiq olunub.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar koronavirus pandemiyasının artmasından sonra verilib. 19 bölgədə yaşayan 700 min insanın yalnız işə getmək və ehtiyaclarını qarşılamaq üçün evdən çıxa biləcəyi vurğulanıb.  Portuqaliyada hazırda koronavirusda ölənlərin sayı 1500, yoluxanlar isə 42 mindən çox insandır.

ÇL-də "səkkizlər finalı 12-23 avqust tarixlərində Lissabonda keçirilməlidir. Karantin qərarından sonra turnirin gələcəyi ilə bağlı yeni qərar verilib-verilməyəcəyi bilinmir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın