“Sabah”dan daha bir transfer - Rəsmən açıqlandı

“Sabah”dan daha bir transfer - Rəsmən açıqlandı
ÖLKƏ FUTBOLU 28 İyun 2020 / 12:30 4391
-  A +

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Gənc qapıçı Nicat Mehbalıyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Azərbaycan U-21 millisinin üzvü və “Qarabağ”ın qolkiperi ilə 3 illik müqavilə bağlanıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ”la yanaşı “Sumqayıt”da da çıxış edib.

Xatırladaq ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı