Almaniyalı məşqçi millimizin təklifini rədd edib

Almaniyalı məşqçi millimizin təklifini rədd edib
ÖLKƏ FUTBOLU 26 İyun 2020 / 11:22 3251
-  A +

Almaniyalı məşqçi Rayner Kraft Azərbaycan millisinin təklifini geri çevirib.

Qol.az xəbər verir ki, o, bunu “Teckbote” nəşrinə açıqlamasında özü deyib.

Kraftın sözlərinə görə, 2010-11 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olarkən U-17 millimizi çalışdırması üçün ona Azərbaycandan təklif gəlib. 58 yaşlı mütəxəssis ölkəsində çalışmağı daha üstün tutub.  

Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı