"Qarabağ" sürətlə böyüyür" - Vaqner Silva

"Qarabağ" sürətlə böyüyür" -  Vaqner Silva
ÖLKƏ FUTBOLU 24 İyun 2020 / 11:06 4025
-  A +

“Çox çətin vəziyyətdir, amma hökumət pandemiya ilə mübarizə üçün zəruri tədbirlər görür. Bu, təkcə Azərbaycanda deyil, hamı bu anı yaşayır. Virusla ən yaxşı şəkildə mübarizə aparmalıyıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılan qapıçı Vaqner da Silva deyib.

Braziliyalı qolkiper  ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan Premyer Liqasında mövsümün erkən başa vurulmasından danışıb: “Ölkədə yeni karantin rejiminin tətbiqindən öncə məşqləri bərba etdik və futbola qayıtmaq üçün hazırlaşmağa başladıq. Klub bütün futbolçuları, əməkdaşlarını testdən keçirdi və yoluxma halı aşkarlanmadı. Amma yeni karantin rejiminin elan olunması planları dəyişdi.

Komanda üzvləri arasında yoluxma halı aşkarlanmasa da, klub rəhbərliyi hökumətin tətbiq etdiyi qadağalara əməl olunması üçün bütün lazımı təhlükəsizlik tədbirlərini görmüşdü. Biz yenidən futbol oynamaq istəyirdik. Amma bu halda futbolun bərpasına ümid az idi”.

33 yaşlı qapıçı Ağdam klubunun daim avrokuboklarda iştirak etməsinin Azərbaycanı dünyaya tanıtdığını bildirib:“Qarabağ” sürətlə böyüyür, daim avrokuboklarda iştirak edir. Bu isə Azərbaycan kimi kiçik ölkənin ölçülərini böyüdür. Avropa yarışlarında oynamaq hər zaman komandanı daha yüksək səviyyəyə qaldırır. Builki əsas hədəf əvvəlcə birinci təsnifat mərhələsini adlamaqdır”.

Qeyd edək ki, Vaqner Silva 2018-ci ildən Ağdam klubunda çıxış edirdi.

Daha çox


Son xəbərlər