"Liverpul"a yox, "Çelsi"yə keçir

"Liverpul"a yox, "Çelsi"yə keçir
DÜNYA FUTBOLU 4 İyun 2020 / 21:48 3495
-  A +

"Leyptsiq"in futbolçusu Timo Verner "Çelsi"yə keçməyə yaxındır.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, London klubu 24 yaşlı hücumçunun transferi uğrunda mübarizədə liderdir.

Bildirilib ki, "Çelsi"nin baş məşqçisi Frank Lempard alman oyunçu ilə müqavilə imzalamaq üçün ona dəfələrlə zəng edib. Timonun da onunla maraqlanan "Liverpul"la yox, "Çelsi"yə keçmək istədiyi vurğulanıb.

Qeyd olunub ki, London təmsilçisinin Vernerlə 5 illik müqavilə imzalayacağı gözlənilir. Onun yeni klubunda illik 10 milyon avrodan çox maaş alacağı bildirilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı