Dieqo Kosta haqda həbs qərarı

Dieqo Kosta haqda həbs qərarı
DÜNYA FUTBOLU 4 İyun 2020 / 17:23 2567
-  A +

Vergidən yayınmaqda ittiham olunan “Atletiko”nun hücumçusu Dieqo Kostanın məhkəmə iclası olub.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmədə 31 yaşlı futbolçu haqda 6 aylıq həbs qərarı verilib.

Lakin İspaniya qanuna əsasən həbs cəzası iki ildən az olarsa, müttəhim pul cəriməsi ilə azadlığa buraxıla bilər. Kosta da 540 min avro cərimə ödəyərək həbsdən azad olunacaq.

Xatırladaq ki, ispaniyalı hücumçu 2014-cü ildə imic hüquqları qazancından 1,37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord