“Qəbələ”nin daha iki futbolçusu “Sabah”a transfer olunacaq.
Qol.az xəbər verir ki, bu haqda klubun saytının yaydığı açıqlamada bildirilir.
Bunlar 18 yaşlı Samir Məhərrəmli və 19 yaşlı İdris İnqilablıdır. Yarımmüdafiəçilərin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. “Qəbələ” və “Sabah” arasında razılaşma 2019/20 mövsümünün ardından qüvvəyə minəcək.
Həmin vaxtdan Samirlə İdris karyerasını Bakı təmsilçisində davam etdirəcək.
“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçilər Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləridir. Hər iki oyunçu UEFA Gənclər Liqasında “Qəbələ”nin formasını geyinib. İnqilablı cari mövsümdə əsas komandada da debüt edib. O, “qırmızı-qaralar”ın heyətində 4 matç keçirib.
Xatırladaq ki, bir müddət öncə Amin Seydiyevin də 2019/20 mövsümü başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında