"Barselona"da rəhbərliyin qərarına etiraz

"Barselona"da rəhbərliyin qərarına etiraz
DÜNYA FUTBOLU 3 İyun 2020 / 14:02 2020
-  A +

"Barselona"nın prezidenti Xosep Bartomeu növbəti dəfə maaşların azaldılması tələbi ilə futbolçulara müraciət edib.

Qol.az RAC1-ə istinadən xəbər verir ki, klub rəhbəri bu dəfə oyunçulardan rədd cavabı alıb. Futbolçular tezliklə La Liqanın bərpa olunacağını əsas gətirərək klubun təklifinə razı olmayıblar. 

Qeyd edək ki, Kataloniya təmsilçisi ilə oyunçuların ilkin razılıq müddəti başa çatmaq üzrədir. 3 ay ərzində futbolçular maaşlarının 17 faizindən məhrum olublar. Bununla da "Barselona" 40 milyon avrodan çox qənaət edib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın