Premyer Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatdı

Premyer Liqa klubu baş məşqçisi ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 2 İyun 2020 / 18:10 1448
-  A +

İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Ralf Hasenhüttlün müqavilə müddətini artırıb.

Qol.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Avstriyalı mütəxəssislə 4 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Ralf Hasenhüttl 2018-ci ilin dekabrından “Sauthempton”u çalışdırır. Onun komandası hazırda Premyer Liqada 14-cü sıradadır.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki