Ukrayna klubunda 26 nəfər koronavirusa yoluxdu

Ukrayna klubunda 26 nəfər koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 2 İyun 2020 / 17:32 1285
-  A +

Ukraynanın “Karpatı” klubunun 11 futbolçusu koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 11-i əsas komandanın futbolçusu olmaqla, ümumilikdə 26 nəfərin virusa yoluxduğu bildirib. Ümumilikdə isə 65 nəfər testdən keçib.

Klubun rəsmi saytı "Karpatı"nın 14 günlük karantinə alındığını açıqlayıb.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında mayın 31-də keçirilməli olan “Karpatı” – “Mariupol” matçı təxirə salınmışdı.


Son xəbərlər