Azərbaycanlı futbolçunun komandası yüksək liqanı tərk etdi

Azərbaycanlı futbolçunun komandası yüksək liqanı tərk etdi
XƏBƏR 2 İyun 2020 / 10:49 1989
-  A +

Bosniya və Herseqovina Premyer Liqasında bu mövsüm koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb.

Qol.az Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,İcraiyyə Komitəsinin qərarı ilə  22 turdan sonra 45 xalla lider olan "Sarayevo" qalib elan edilib.

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi “Çelik” və “Zvezda” klubları isə son iki pillədə yer aldıqları üçün əsas liqanı tərk ediblər.

Bundan başqa, İcraiyyə Komitəsi ölkə kubokunun oynanmayacağını açıqlayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın