“Mançester Yunayted” İqalo ilə müqaviləni uzatdı

“Mançester Yunayted” İqalo ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 1 İyun 2020 / 15:19 1635
-  A +

“Mançester Yunayted” müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsus olan Odion İqalonun icarə müddətini uzadıb.

Qol.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. İcarə müqaviləsi mayın 31-də bitən İqalo 2021-ci ilin yanvar ayının sonunadək “qırmızı şeytanlar”da çıxış edəcək.

Qeyd edək ki, bu ilin yanvar ayından “Mançester Yunayted”də oynayan 30 yaşlı hücumçu, 8 matçda 4 qol vurub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı