Braziliya klubunda 16 futbolçu koronavirusa yoluxdu

Braziliya klubunda 16 futbolçu koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 1 İyun 2020 / 14:28 895
-  A +

Braziliyanın “Vasko da Qama” klubunun 16 futbolçusunda koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçular, məşqçilər və digər işçilərdən götürülən testlərdə 16 oyunçunun nəticəsi müsbət olub. Həmin futbolçular karantinə alınıb.

Qeyd edək ki, daha əvvəl komandada 3 futbolçu koronavirusa yoluxmuş və müalicə olunaraq, sağalmışdı.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı