“Sabah” müqaviləsi bitən 6 futbolçu ilə anlaşdı

“Sabah” müqaviləsi bitən 6 futbolçu ilə anlaşdı
ÖLKƏ FUTBOLU 1 İyun 2020 / 13:56 2418
-  A +

“Sabah”da müqaviləsi bitən futbolçuların taleyinə aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, müqavilə müddəti bitən 6 futbolçu ən azı mövsümün sonuna qədər komandada qalacaq. Bunlar qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Kərim Diniyev, Məqsəd İsayev, yarımmüdafiəçi Vadim Abdullayev və hücumçular Ramil Şeydayevlə Xulio Sezar Rodriqezdir. .

Xatırladaq ki, koronavirusa görə dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunacağı açıqlanıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi