"Sabah"dan şəhid övladlarına hədiyyə - Şəkillər

"Sabah"dan şəhid övladlarına hədiyyə -  Şəkillər
XƏBƏR 1 İyun 2020 / 12:33 1963
-  A +

“Sabah” klubun titul sponsoru "Bank Respublika"nın təşəbbüsü, AFFA və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyilə  “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Aprel şəhidlərinin övladları ziyarət edib.
 
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın üzvləri Bəhlul Mustafazadə, Ramil Şeydayev və Ruslan Abışov uşaqlarla görüşərək, onlara müxtəlif hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.

Keçirilən görüşlərdə bankın nümayənədələri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq, bütün şəhid övladlarının atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayacağını bildiriblər.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı