"Atletik" baş məşqçisi ilə müqaviləni uzatdı

"Atletik" baş məşqçisi ilə müqaviləni uzatdı
XƏBƏR 31 May 2020 / 16:50 1091
-  A +

İspaniyanın "Atletik" klubu baş məşqçisi Qaiska Qaritano ilə müqavilənin müddətini uzadıb.

Qol.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. "Atletik" İspaniya kubokunun finalına yüksəlib və həlledici görüşdə "Real Sosyedad"la üz-üzə gəlib.

Qeyd edək ki, ispaniyalı çalışdırıcı 2018-ci ilin dekabrından komandaya rəhbərlik edir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın