PSJ İkardini birdəfəlik transfer etdi – Rəsmi

PSJ İkardini birdəfəlik transfer etdi – Rəsmi
XƏBƏR 31 May 2020 / 15:34 2238
-  A +

PSJ “İnter”in hücumçusu Mauro İkardini birdəfəlik transfer edib.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Argentinalı ilə 2024-cü ilin iyunun 30-dək müqavilə bağlanıb. Futbolçunun illik maaşının 8 milyon avro (üstəgəl bonuslar) olacağı bildirilir. “İnter”ə isə 50 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, İkardi bu mövsüm PSJ-də icarə qaydasında oynayırdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki