Uşaqlara həsr olunan turnir başlayır

Uşaqlara həsr olunan turnir başlayır
XƏBƏR 31 May 2020 / 12:53 1212
-  A +

“Gaming League Azerbaijan” növbəti turniri kiber idman həvəskarlarına təqdim edir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, “Fortnite” oyunu üzrə yeni turnir keçiriləcək. Duo (ikili komanda) sistemi üzrə keçiriləcək yarışda iştirak üçün artıq 720 nəfər qeydiyyatdan keçib. Turnir uşaqların müdafiəsinə həsr olunmaqla yanaşı, eləcə də iyun ayının gedişatında start götürəcək “Fortnite Milli Liqasına” seçim xarakteri daşıyır.

Mübarizədə ən yaxşı nəticə göstərəcək 5 komanda elit liqaya birbaşa vəsiqəni təmin edəcəklər. Ümumilikdə 32 komandanın çempionluq uğrunda yarışacağı “Fortnite Milli Liqasında”, hər bir cütlük Azərbaycanın fərqli regionu təmsil edəcək. Hadisələrin gedişatını daha yaxından müşahidə etmək üçün “Gaming League Azerbaijan”ın @glahub Instagram@glahub Facebook səhifələrini izləyin. Kiber idman sevərlər turniri @glahub “Twitch” kanalından canlı izləyə bilərlər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki