Finalın İstanbuldan alınacağı xəbərlərinə - UEFA-dan reaksiya

Finalın İstanbuldan alınacağı xəbərlərinə - UEFA-dan reaksiya
XƏBƏR 30 May 2020 / 12:15 2312
-  A +

Bu mövsüm Çempionlar Liqasının finalının ev sahibliyinin İstanbuldan alınaraq başqa ölkənin şəhərinə veriləcəyi haqda xarici mediada yayılan xəbərlərə UEFA münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, qurumun mətbuat xidmətindən qeyd edilib ki, yarışın tarixi və formatı ilə bağlı klub, liqa və milli assosiasiya nümayəndələrinin daxil olduğu işçi qrupunda müzakirə aparılır: “Hazırda heç bir qərar verilməyib. Qərar iyunun 17-də qəbul ediləcək”.

Daha öncə yayılan məlumatlara görə, Türkiyə koronavirus pandemiyası səbəbindən epidemioloji təhlükəsizliyə təminat verə bilməyib. Buna görə də final başqa ölkədə keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord