PSJ-nin qapıçısı “Lamborghini” ilə ağır qəzaya düşdü – Şəkillər

PSJ-nin qapıçısı “Lamborghini” ilə ağır qəzaya düşdü – Şəkillər
XƏBƏR 29 May 2020 / 10:46 2632
-  A +

PSJ-nin qapıçısı Martsin Bulka ağır yol qəzası keçirib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə Polşanın Vışoqrud şəhəri yaxınlığında baş verib. 20 yaşlı polyak oyunçu özü xəsarət almayıb. Amma onun sürdüyü “Lamborghini Huracan Evo Spyder” maşını ciddi zərər görüb.

Məlumata görə, Bulka sürət həddini aşıb və qarşıdan gələn “Hyundai” avtomobili ilə toqquşub. Nəticədə həmin maşının 56 yaşlı sürücüsü və sərnişini xəstəxanaya çatdırılıb. Tibbi müayindən sonra isə evə buraxılıblar. Qəzanın bütün iştirakçıları anlaqlı vəziyyətdə olub.

Qeyd edilir ki, “Lamborghini” Bulkanın özünə məxsus olmayıb və o, avtomobili bir müddət əvvəl icarəyə götürüb.




Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı