Federasiya liderin 6 xalını sildi - Məşqə görə

Federasiya liderin 6 xalını sildi -  Məşqə görə
DÜNYA FUTBOLU 29 May 2020 / 10:56 2240
-  A +

Avstriya Bundesliqasının lideri LASK cəzalandırılıb.

Qol.az xəbər verir ki, bu barədə Avstriya Futbol Federasiyası məlumat yayıb. Komanda çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokola əməl etməyib. Linz təmsilçisi yalnız kiçik qruplar şəklində məşqə icazə verildiyi halda, tam kollektiv hazırlığa başlayıb.

Buna görə yerli federasiya klubun 6 xalını silib və 75 min avro cərimələyib. Federasiya həm qoyulan qaydaya məhəl qoymadığı, həm də məşqə erkən başlayaraq, rəqibləri ilə haqsız rəqabət apardığı üçün kluba bu cəzanı kəsib.

Xalının silinməsindən sonra LASK 2-ci pilləyə düşüb. “Zalsburq” isə zirvəyə yüksəlib.  Sona 10 tur qalmış “Zalsburq”un 24, LASK-ın isə 21 xalı var.

Qeyd edək ki, Avstriya Bundesliqasının iyunun 2-də bərpa olunacağı açıqlanıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi