İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı - Rəsmi

İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı -  Rəsmi
DÜNYA FUTBOLU 29 May 2020 / 10:06 2604
-  A +

Koronavirus pandemiyasına görə  dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.

Qol.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Premyer Liqanın iyunun 17-də yenidən davam etdiriləcəyi bildirilib.

Turnirin təxirə salınmış iki oyun - “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” matçları ilə bərpa olunacağı qeyd olunub. Bu oyunlar İngiltərə Liqa kubokuna görə 29-cu turdan təxirə salınmışdı.

30-cu turun oyunları isə iyunun 19-dan başlayaraq keçiriləcək. Qarşılaşmalar azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən dayandırılıb. Premyer Liqada turnir cədvəlinə ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” başçılıq edir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord