A Seriyasının bərpa tarixi yenidən dəyişdirildi

A Seriyasının bərpa tarixi yenidən dəyişdirildi
DÜNYA FUTBOLU 28 May 2020 / 22:28 2608
-  A +

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A seriyasının bərpası ilə bağlı qərar yenidən dəyişdirilib.

Qol.az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O, yarışın əvvəlcədən açıqlandığı kimi, iyunun 13-də yox, 20-dən davam etdiriləcəyini deyib. Nazir tam təhlükəsizliyin təmin edilməsi üçün belə qərar verdiklərini bildirib. 

Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı